EN

Tehranda nəqliyyat iflic vəziyyətdə: İran vətəndaşları Tehranı tərk edir (FOTO)

BAKI, TurkicWorld

İsrailin İrana qarşı həyata keçirdiyi hücumlar fonunda paytaxt Tehranda, şəhəri tərk edən iran vətəndaşlarına görə tıxac yaranıb.

TurkicWorld xəbər verir ki, Tehranda nəqliyyat demək olar ki, iflic vəziyyətə düşüb.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Chosen
26
3
turkic.world

4Sources