EN

Netanyahudan iranlılara MÜRACİƏT: “Xalqlarımızı böyük tarixi dostluq bağlayır” – VİDEO

“İranda rejim dəyişikliyi mümkündür, çünki hakimiyyət xalqın dəstəyini itirib və yalnız nüvə proqramı və ballistik raketlərə güvənir”.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciətində bəyan edib.
 

Onun sözlərinə görə, İran rejimi qadınları və tələbələri sıxışdırır, xalqı azadlıqdan məhrum edir. O qeyd edib ki, İsrail və İran xalqları arasında tarixi dostluq mövcuddur və İran xalqının özü belə qərar verərsə, bu dostluq yenidən canlana bilər.


"Xalqlarımızı böyük tarixi dostluq bağlayır. Bu, yenidən belə ola bilər. Bu, İran xalqının qərarıdır".


Bizim.Media

Chosen
10
3
bizim.media

4Sources