EN

Moskva sevincini gizlədə bilmədi – “Qəfildən başa düşdülər”


“Kiyev qəfildən başa düşdü ki, dünya onlardan çox tez üz döndərə bilər. Çünki daha ciddi məsələlər gündəmə gəlib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik deyib.

O, İran və İsrail arasındakı münaqişəyə işarə edib.

“Hazırkı proses, əlbəttə ki, Qərbin səylərini ciddi şəkildə yayındırır. Yaxın Şərqdə yeni gərginlik nöqtəsi var və İsrail fəal şəkildə dəstəklənir”, – Miroşnik bildirib.

Chosen
12
1
news24.az

2Sources