EN

İran nüvə silahını onlara vermək istəyirdi - Netanyahu

Tehran öz nüvə silahını müttəfiqlərinə, o cümlədən Yəməndəki husilərə verməyi planlaşdırırdı.

Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“Biz İranın nüvə silahına malik olmasına icazə verə bilmərik. Və kəşfiyyatımız göstərir ki, onlar öz nüvə silahlarını husilərə və digər müttəfiqlərinə ötürmək niyyətindədirlər. Bu, qlobal miqyasda nüvə terrorizmidir, hamını təhdid edir", - o, “Foks Nyus”a müsahibəsində bildirib.

Chosen
10
4
axar.az

6Sources