EN

İsrail İran XİN binasına zərbə endirdi

İsrail İran XİN binasına zərbə endirdi

Yaralananlar var...

İsrail Müdafiə Qüvvələri İran Xarici İşlər Nazirliyinə (XİN) aid binanı raket zərbəsi ilə vurub.

AFN.az xəbər verir ki, bu barədə İran XİN rəhbərinin müavini Səid Xətibzadə sosial şəbəkə hesabında paylaşım edib.

“İsrailin cinayətkar rejimi Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun birbaşa qarşısında yerləşən Xarici İşlər Nazirliyinin binasına məqsədli və qəddar zərbə endirib”, – deyə Xətibzadə bildirib.

O, hücum nəticəsində bir neçə nəfərin xəsarət aldığını, yaralananlar arasında diplomatik korpusun əməkdaşlarının da olduğunu qeyd edib.

Chosen
60
25
afn.az

10Sources