EN

Netanyahu İranda rejim dəyişikliyinin anonsunu verdi: "Dini liderin öldürülməsi haqda..."

İsrail Baş naziri Netanyahu İranın artıq taqətdən düşdüyüyü iddia edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, artıq İrandakı dini rejim dəyişikliyinin mümkün olduğunu da bildirib.

Fox News-a danışan Baş nazir İrana hücumları nəticəsində rejim dəyişikliyi yaratmağa çalışıb-çalışmadıqları haqda suala belə cavab verib: "Bu, İran rejiminin hazırda çox zəif olduğu üçün mümkündür. İranda yalnız iki şey qalıb, nüvə silahı əldə etmək səyi və ballistik raket proqramı. Xalq onların yanında deyil. Biz Tehranda İran kəşfiyyatının rəhbərinə və onun müavinini də yox etdik. Rejim hazırda çox zəifdir, taqətdən düşüb".

O, ABŞ prezidenti Donald Trampın İsrailin İran lideri Ayətullah Əli Xameneiyə sui-qəsd cəhdinə icazə verməməsi ilə bağlı yayılan xəbəri də təkzib edib: "Çox yalan xəbər var. Və mən bu suala aydınlıq gətirəyəcəyəm".

Tahir Şəlvəli
MİA.AZ

Chosen
28
2
mia.az

10Sources