EN

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub.

“İki sahil” xəbər verir ki, gecə Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin daha bir qrupu İrandan təxliyə olunaraq Astara Dövlət Sərhədindən buraxılış məntəqəsi vasitəsilə Azərbaycan ərazisinə keçib.

İncəsənət nümayəndələri gün ərzində kiçik qruplar şəklində sərhədi keçərək ölkəyə daxil olublar. Onların hər biri müvafiq qaydada qeydiyyatdan keçirilərək təyinat yerlərinə yola salınıblar.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Chosen
19
20
ikisahil.az

10Sources