EN

Monqolustanda qızılcaya yoluxan vətəndaşların sayı 7 mini ötüb

Monqolustanda qızılcaya yoluxanların sayı 4 gündə 6 836-dan 7 717-yə yüksəlib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə milli mərkəz məlumat yayıb.

“Qızılca xəstəliyinin daha çox yayıldığı məktəblərin bayram günləri ilə bağlı bağlanması xəstəliyə yoluxma hallarının azalmasına təsir etməyib. İyunun 12-də 6 836 vətəndaşda qızılca xəstəliyi təsdiqlənibsə, iyunun 16-na bu xəstəliyə yoluxanların sayı 7 717-yə yüksəlib. Xəstələrlə fəal təmasda olan 63 052 nəfər həkim nəzarətindədir”, – məlumatda diqqətə çatdırılıb.

Qurum bildirib ki, iyunun ortalarınadək ölkədə qızılcadan beş ölüm halı qeydə alınıb.

Qızılcaya ilk yoluxmuş vətəndaşlar 2025-ci ilin fevral ayının sonlarında xarici reyslərlə Ulan-Batora gəliblər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Monqolustanı 2016-cı ildə qızılca xəstəliyini aradan qaldıran ölkə kimi tanısa da, ölkədə sonuncu dəfə 2019-cu ilin martında uşaqlar arasında xəstəliyin yayılması qeydə alınıb.

Chosen
16
4
sia.az

5Sources