EN

Tramp Xameneiyə qarşı sui-qəsd planını "alt-üst" etdi

Tramp

ABŞ-ın prezidenti Donald Tramp, İsrailin İranın ali dini lideri Ayətullah Əli Xamneyiyə qarşı sui-qəsd planını rədd edib. Tramp, bu cür bir hərəkətin Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcəyindən ehtiyat edərək, planı dəstəkləməyib. İsrailin Baş naziri Benyamin Netanyahu, planın rədd edilməsi ilə bağlı birbaşa şərh verməsə də, İsrailin İranla mübarizədə qətiyyətli olduğunu vurğulayıb. Bu hadisə, İsrail və İran arasında artan hərbi qarşıdurmaların və regional sabitliyin pozulması riskinin fonunda baş verib. Tramp, Truth Social platformasında paylaşdığı mesajda, İran və İsrailin razılığa gəlməli olduğunu bildirib və iki ölkə arasında hərbi əməliyyatları dayandırmağa çağırıb. İran isə, İsrailin hücumları altında olduğu müddətdə atəşkəslə bağlı danışıqlara açıq olmadığını bəyan edib.Rəxşəndə Daşdəmirova Ulusum.az

Diqqət Çəkənlər

Ər-arvadın ayrı yataq otağı olmalıdır? – Sevgi ilə sərhədlər arasında

İsrail Husi rəhbərliyinə zərbə endirdi: Hədəf – Baş Qərargah rəisi idi

"Xaybar" raketinin dəhşəti: Bat-Yam yerlə-yeksan oldu

Chosen
20
ulusum.az

1Sources