Bu mövsüm Çempionlar Liqasında uğurlu çıxış etməyən istəyən "Qalatasaray" heyətini gücləndirmək üçün çalışmalara davam edir.
Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" indi də Hakan Çalhanoğlunu transfer etmək istəyir. İstanbul klubunun rəhbərliyi bu həftə türkiyəli futbolçunun agenti ilə danışıqlar aparacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Hakan da "Qalatasaray"ın formasını geyinməyə müsbət yanaşır.
31 yaşlı yarımmüdafiəçinin "İnter"lə 2027-ci ilin yayına qədər müqaviləsi var. İtaliya nəhənginin onun üçün 25 milyon avro tələb edəcəyi gözlənilir.