EN

Nazirliyin "favorit" şirkəti ilə 7 milyon manatlıq müqavilə bağlanılıb

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində “Səhiyyənin Təminat Mərkəzi” Publik Hüquqi Şəxs “Arash Medical Company” ilə 7 milyon 68 min manat dəyərində müqavilə imzalayıb.

Publika.az xəbər verir ki, göstərilən məbləğə ötən ilin noyabr dekabr aylarında şirkətdən tibbi avadanlıqlar alınıb.

Qeyd edək ki, bu ilin əvvəlindən “Arash Medical Company” 4 tenderin qalibi olub. Bu tenderlərin ümumi məbləği 2 milyon manata yaxındır. Təkcə ötən il isə şirkətə 30 tender həvalə edilib.

Onu da bildirək ki, “Arash Medical Company”nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu üçün ilin əvvəlində şirkətə qarşı cərimə tətbiq edilib və məsələ Nəsimi rayon Məhkəməsində araşdırılıb. Konkret olaraq, QSC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılırdı.

Yeri gəlmişkən, “Arash Medical Company” illərdir Səhiyyə Nazirliyinin tibb avadanlıqları və ləvazimatlarının alınmasında “favorit” şirkətidir.

Digər qaranlıq məsələ 7 milyon manatlıq tender müqaviləsinin bağlandığı tarixdir. Satınalma 2024-cü ilin IV rübündə həyata keçirilib. Hesablama Palatasına görə, dövlət satınalmalarının ilin sonunda keçirilməsi dövlət maliyyəsi üçün bir sıra risklər yaradır. Bu hal ilin sonunda istifadə edilməyən vəsaitin bank hesablarına, eyni zamanda ilkin ödəniş (avans) üçün əhəmiyyətli məbləğin təchizatçılara köçürülməsinə, bununla da ilin sonunda qabaqcadan ödəniş məbləğlərinin artımına səbəb olur. Eyni zamanda, ilin sonuna bağlanılmış müqavilələr bəzi hallarda növbəti büdcə ili üçün də əlavə maliyyə öhdəliyi yaradır.

Chosen
9
3
publika.az

4Sources