EN

Yəmən Təl Əvivə raket zərbələri endirdi

Yeniavaz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Yəmən ordusu Təl-Əvivə raket zərbələri endirib.

Yeniavaz.com İRNA agentliyinə istinadla xəbər verir ki, bu barədə

Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri məlumat yayıb.

O, Fələstin və İran xalqlarına dəstək və İsrailin Qəzza xalqına qarşı törətdiyi cinayətlərə cavab olaraq Yəmən silahlı qüvvələrinin raket qüvvələrinin Aviva bölgəsindəki düşmən hədəflərini vurduğunu bildirib.

O həmçinin bildirib ki, bu əməliyyat bir neçə “Fələstin 2” tipli hipersəs ballistik raketləri ilə və son 24 saat ərzində müxtəlif vaxtlarda həyata keçirilib və bu əməliyyat ordu və İran İslam Respublikası İnqilab Keşikçiləri Korpusunun cinayətkar İsrail düşməninə qarşı həyata keçirdiyi əməliyyatla koordinasiyalı olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
yeniavaz.com

1Sources