Finss.az - “Respublika Təcili və Təhirəsalınmaz Tibbi Yardım Mərkəzi” “Ford Transit” və “Volkswagen Crafter” markalı təcili yardım avtomobillərinin təmiri üçün ehtiyat hissələrinin satın alınması üzrə tender elan edib.
Layihənin ehtimal olunan dəyəri 435861,32 manat təşkil edir. Satınalma təhlükəsizlik və xilasetmə maşınları kateqoriyasına daxildir (kod 25101700).
İştirakçılar 350 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödəməlidir. Təkliflərin qəbulu və zərflərin açılması 24 iyun 2025-ci il, saat 15:00-da baş tutacaq.
Ətraflı məlumatı etender.gov.az portalından əldə etmək olar.