EN

Real Madrid Liverpul un daha bir ulduzunu transfer etmək istəyir

Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Real Madrid" klubu növbəti mövsümün sonunda "Liverpul"la müqaviləsinin müddəti başa çatacaq İbrahima Konatenin transferində maraqlıdır.

Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi Madrid təmsilçisində 2026-cı ilin yayı üçün bir nömrəli transfer hədəfi olaraq seçilib.

Qeyd edək ki, Konate 2021-ci ildən formasını geyindiyi "Liverpul" klubunda 132 oyun keçirib, 5 qol vurub, 4 qolun ötürməsini edib. Onun "mersisaydlılar" ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq.

Xatırladaq ki, "Real Madrid" daha öncə "Liverpul"un sabiq futbolçusu Trent Aleksandr-Arnoldu azad agent olaraq transfer etmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
5
1
oxu.az

2Sources