EN

İran öldürülən general və nüvə alimlərinin siyahısını açıqladı - FOTO 

İran İsrailin hücumu zamanı ölən general və nüvə alimlərinin siyahısını və fotosunu paylaşıb.

Ölkə.az İRNA-ya istinadən xəbər verir ki, paylaşılan fotolarla yanaşı, Böhran Vəziyyətlərində İdarəetmə Qərargahı vətəndaşları sakit olmağa, ictimai asayişin qorunması məqsədilə ictimai narahatlığa səbəb olan hər hansı tələsik hərəkətlərdən çəkinməyə, yalnız rəsmi və etibarlı məlumatlara diqqət yetirməyə, rəsmi xəbərləri və göstərişləri yalnız ölkə KİV-indən, almağa, kiberməkan fəallarını isə əhalinin psixoloji təhlükəsizliyini nəzərə almağa, mümkün olan hallarda ictimaiyyətin psixoloji təhlükəsizliyini nəzərə almağa çağırış edib.

Qeyd edək ki, İsrailin iran hücumu zamanı 20-yə yaxın generalını öldürdüyü bildirilir.

1. General Qulaməli Rəşid - İran ordusunun əsas strateji mərkəzi olan Hatəmul-Ənbiya əməliyyat qərargahının rəhbəri;
2. General Məhəmməd Hüseyn Baqiri - İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi;
3. General Hüseyn Salami - SEPAH komandanı və İran siyasəti və təhlükəsizliyinin ən nüfuzlu simalarından biri;
4. General Əmir Əli Hacızadə - İranın raket proqramına cavabdeh olan SEPAH Aerokosmik Qüvvələrinin komandanı;
5. General Mehdi Rabani - Silahlı Qüvvələrin Əməliyyat İdarəsinin rəis müavini;
6. General Qulamrza Mehrabi - ran ordusunun kəşfiyyat rəisinin müavini;
7. Briqada generalı Davud Şehian - SEPAH Hava Hücumundan Müdafiə Xidmətinin rəisi;
8. Briqada generalı Məsud Şanei - SEPAH-ın əsas bölmələrindən birinin qərargah rəisi və komandiri;
9. Admiral Alireza Tanqsiri - İnqilab Keşikçiləri Hərbi Dəniz Qüvvələrinin komandanı.
 10. İsmail Qaani - İnqilab Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı (iddia).
11. Əlirza Süleymani - Bəsic komandiri.
12. Əmir Musəvi - İran Ordusunun komandanı.
13. Əmir Şəhram İranyan - Ordu Hərbi Dəniz Qüvvələrinin komandanı.
14. Alireza Fordestan - Ordunun Quru Qoşunlarının komandanı.
15. Kiumars Heidari - Ordunun Quru Qoşunlarının komandanı.
16. Məhəmməd Kazemi və onun müavini Həsən Mohaqeq - SEPAH kəşfiyyat xidmətinin rəhbəri.

Öldürülən nüvə alimləri arasında Əbdülhəmid Minuçehr, Əhmədreza Zülfiqari, Əmirhüseyn Fəqhi, Mətləbizadə, Mohəmməd Mehdi Tehrançi, Fereydun Abbasi və digərlərinin də olduğu bildirilir.

Onların əksəriyyəti evlərində, yatdıqları yerdə öldürülüblər.

Mürtəza
Ölkə.az

Chosen
16
olke.az

1Sources