Pakistan və Əfqanıstan sərhədində yerləşən Kunar vilayətinin Şiqal rayonunda yerləşən Takt-e Xor ərazisində - "Dürand xətti"ndə baş vermiş silahlı qarşıdurma nəticəsində Əfqanıstanın iki hərbçisi həlak olub.
Axar.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən "Khaama Press" məlumat yayıb.
Həlak olan hərbçilər Şir Ələm və Musi adlı şəxslərdir. Toqquşma Pakistan ordusunun bölgədə yeni nəzarət-buraxılış məntəqəsi qurmağa cəhd göstərməsi zamanı baş verib.
Qeyd edək ki, Dürand xətti – Əfqanıstan və Pakistan arasında demək olar ki, dəqiq müəyyən olunmamış, 2640 kilometrlik ehtimal edilən sərhəd xəttidir. Bu xətt iki ingilis-əfqan müharibəsi nəticəsində yaranıb; müharibələr zamanı Britaniya Hindistanının ərazisini genişləndirməyə çalışıb. Əfqanıstan bu sərhədi iki ölkə arasında rəsmi sərhəd kimi tanımır.