Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, iyunun 16-22-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
🔹 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi
- Milli Qurtuluş Gününə həsr olunmuş velosiped üzrə 2008-ci il və daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında Sumqayıt şəhər birinciliyi - 18 iyun, saat 10:00 (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu).
🔹 Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- Şəhidlərin əziz xatirəsinə həsr edilmiş həvəskarlar arasında futbol üzrə İsmayıllı rayon turnirinin yarımfinal və final mərhələsi – 16-18 iyun, saat 17:30 (İsmayıllı rayon, Aşağıbaş və Hacıhətəmli stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində əməkdar məşqçi Şəmsi Səfərlinin rəhbərliyi altında ağırlıqqaldırma üzrə ustad dərsi – 18 iyun, saat 15:00 (Qobustan UGİM-nin idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində Azərbaycan çempionu Qadir Talıbovun rəhbərliyi altında muaytay üzrə ustad dərsi – 20 iyun, saat 16:00 (Şamaxı rayon, Muaytay idman zalı);
- Silahlı Qüvvələri Günü münasibətilə cüdo üzrə yeniyetmələr arasında Qobustan rayon turniri – 21 iyun, saat 14:00 (Qobustan UGİM-nin idman zalı).
🔹 Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş şəhər, qəsəbə və kənd komandaları arasında futbol üzrə Goranboy rayon çempionatı - 16-22 iyun, saat 18:00 (şəhər, qəsəbə və kənd stadionları).
🔹 Qarabağ Regional Gənclər və İdman İdarəsi
- Dövlət qulluqçularının peşə bayramı münasibətilə rayonda fəaliyyət göstərən dövlət qulluqçuları arasında üzgüçülük üzrə rayon turniri - 18-19 iyun, saat 15:00 (Tərtər Olimpiya İdman Kompleksi);
- Alpaqut döyüş sənəti üzrə uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Qarabağ açıq turniri - 20-21 iyun, saat 11:00 (Ağdam Olimpiya İdman Kompleksi).
🔹 Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Boks üzrə 2010-2011, 2012-2013-cü il təvəllüdlü idmançılar arasında rayon birinciliyi - 19-20 iyun, saat 10:00 (Gədəbəy Respublika İdman Kompleksi);
- Taekvondo üzrə yeniyetmələr arasında rayon turniri - 20 iyun, saat 11:00 (Tovuz Taekvondo klubunun idman zalı).
🔹 Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində voleybol üzrə kütləvi idman tədbiri - 19 iyun, saat 10:00 (Siyəzən şəhər 3 nömrəli tam orta məktəbin idman zalı);
- QXRGİİ-nin nəzdində fəaliyyət göstərən Şabran UGİM-in futbol bölməsinin qrupları arasında yoldaşlıq oyunları - 19 iyun, saat 15:00 (Şabran şəhər Mərkəzi Stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində MMA və qrapplinq idman növləri üzrə kütləvi tədbir - 20 iyun, saat 18:00 (Xaçmaz rayonu, Xudat şəhəri, Nizami parkı);
- Silahlı Qüvvələr Gününə həsr olunmuş məktəbli oğlanlar arasında voleybol üzrə rayon birinciliyi - 21 iyun, saat 10:00 (Qusar Olimpiya İdman Kompleksi).
🔹 Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Milli Qurtuluş Gününə həsr olunmuş voleybol üzrə turnir - 16-17 iyun, saat 10:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- Gənclər və İdman Nazirliyinin yaradılmasının 31-ci ildönümünə həsr olunmuş minifutbol üzrə Astara rayon turniri - 19-22 iyun, saat 18:00 (Astara Olimpiya İdman Kompleksi);
- Silahlı Qüvvələr Gününə və şəhid cüdoçuların əziz xatirəsinə həsr olunmuş uşaqlar və yeniyetmələr arasında cüdo üzrə Lənkəran-Astara regionun açıq turniri - 20-21 iyun, saat 10:00 (Masallı şəhər 2 saylı tam orta məktəb);
- Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Əhməd Fərəcovun xatirəsinə həsr olunmuş boks üzrə rayon turniri - 20-21 iyun, saat 10:00 (Cəlilabad şəhər Boks zalı);
- Silahlı Qüvvələr Gününə həsr olunmuş həvəskarlar arasında güllə atıcılığı üzrə Yardımlı rayon turniri - 20 iyun, saat 10:30 (Yardımlı Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində açıq havada yunan-Roma güləşi üzrə kütləvi açıq idman tədbiri - 21 iyun, saat 11:00 (Cəlilabad şəhər Heydər Əliyev Seyrəngahı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 21 iyun, saat 10:00 (Masallı şəhər Nizami Gəncəvi adına xatirə parkı);
- Beynəlxalq Olimpiya Günü münasibətilə gənclər arasında stolüstü tennis üzrə Lerik rayon turniri - 21 iyun, saat 10:00 (Lerik şəhər Mədəniyyət Evi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində kütləvi açıq idman tədbiri - 21 iyun, saat 13:30 (Yardımlı rayon Heydər Əliyev adına xatirə parkı).
🔹 Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi
- Milli idman oyunu - nərd üzrə rayon turniri - 18-21 iyun, saat 15:00 (Zərdab rayonu, Həsən bəy Zərdabi parkı).
🔹 Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Şəhid Şaiq Teymurovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmələr və gənclər arasında turnir - 21-22 iyun, saat 10:00 (İmişli Olimpiya İdman Kompleksi).
🔹 Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Yeniyetmələr arasında şahmat üzrə rayon turniri - 17-21 iyun, saat 10:00 (Balakən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbi);
- "Qəbələ İdman Paytaxtı - 2025" çərçivəsində yeniyetmələr arasında kəndirdartma üzrə rayon turniri - 18 iyun, saat 10:00 (Qəbələ rayon Zarağan kənd 1 saylı tam orta məktəb);
- Yeniyetmələr arasında pnevmatik tüfəngdən hədəfə atəş açmaq üzrə rayon birinciliyi - 18 iyun, saat 15:00 (Qax şəhər stadionu);
- Yeniyetmə və gənclər arasında atletika üzrə rayon birinciliyi - 21 iyun, saat 15:00 (Oğuz rayon Mərkəzi stadionu).
🔹 Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- Silahlı Qüvvələri Günü ilə əlaqədar uşaq və yeniyetmələr arasında şahmat üzrə rayon turniri - 17-21 iyun, saat 14:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- Narkomaniya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Gününə həsr edilmiş cüdo üzrə rayon turniri – 20 iyun, saat 10:00 (Salyan Olimpiya İdman Kompleksi);
- Silahlı Qüvvələri Günü münasibətilə yeniyetmələr arasında cüdo üzrə rayon turniri - 21-22 iyun, saat 10:00 (Şirvan Olimpiya İdman Kompleksi).
İdman.biz