EN

ÇL: "Qarabağ"ın ilk rəqibinin açıqlanacağı tarix bəlli oldu

UEFA Çempionlar Liqasına II təsnifat mərhələsindən başlayacaq "Qarabağ"In 2025/26 mövsümündəki ilk rəqibi 18 iyunda müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, həmin gün İsveçrənin Nyon şəhərində saat 14:00-da püşkatma keçiriləcək. 

Bir gün əvvəl isə I təsnifat mərhələsinin cütləri bəlli olacaq.

Püşkatma mərasimi "CBC Sport"da canlı yayımlanacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları 8-9 və 15-16 iyulda, II təsnifat mərhələsi 22-23 və 29-30 iyulda, III təsnifat mərhələsi 5-6 və 12 avqust, pley-off oyunları isə 19-20 və 26-27 avqust tarixlərində keçiriləcək.

Chosen
37
3
fanat.az

4Sources