EN

Qəza törədən maşın svetoforu yararsız vəziyyətə saldı

Bakıda avtomobil qəza törətdikdən sonra svetoforu yararsız vəziyyətə salıb.

Bu barədə Ölkə.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib. Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb.

Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.

Chosen
37
17
olke.az

10Sources