EN

“İranın raket qurğularının üçdə birini məhv etmişik” - İsrail

Ajans.az xəbər verir ki  bu barədə İsrail ordusu məlumat yayıb. Qeyd edilib ki, dörd gün ərzində davam edən hərbi əməliyyatlarda İranın 120-dən çox raket buraxılış qurğusu sıradan çıxarılıb. İsrail HHQ sözçüsü Effi Defrin bildirib ki, hava qüvvələri İranın İsfahan şəhərində 100-ə yaxın hərbi obyektə zərbələr endirmək üçün təxminən 50 qırıcı və təyyarədən istifadə edib.

“Bu zərbələr zamanı eyni vaxtda 20-dən çox raket İsrail dövləti ərazisinə doğru atılmadan bir neçə dəqiqə əvvəl vurulub”, - sözçü bildirib.

Chosen
16
6
Ajans.az

2Sources