EN

İsraildə ilişib qalan 40 min turistin taleyi necə olacaq?

İsrailin hava məkanının İranın raket hücumları səbəbilə bağlanmasından sonra ölkədə təxminən 40 min turist ilişib qalıb.

Publika.az xəbər verir ki, bu barədə İsrailin Turizm Nazirliyi açıqlama yayıb.

Məlumata görə, nazirlik hazırda İsraildə olan turistlər üçün 24 saat fəaliyyət göstərən virtual informasiya ofisi yaradıb. Məlumat xidməti həm ivrit, həm də ingilis dillərində təqdim olunur.

Nazirlik bildirib ki, hotel və digər yerləşdirmə müəssisələri ilə əlaqə saxlanılıb və turistlərin yaşayış, logistika və digər ehtiyaclarının qarşılanması istiqamətində işlər görülür.

Chosen
11
publika.az

1Sources