EN

İsrail Ordusunun bölmələrinin bir qismi Qəzzadan ÇIXARILIB

İranla davam edən münaqişə fonunda İsrail Ordusunun bölmələrinin bir qismi Qəzza sektorundan çıxarılıb, Misir və İordaniya sərhədinə yerləşdirilib.

Viral.az-ın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

Qeyd edilib ki, hazırda Qəzzada İsrail Ordusunun 4 diviziyası, yəni 10 minə qədər hərbçisi var. 98-ci diviziya, elit desant birləşməsi və xüsusi təyinatlı bölmə isə Qəzza sektorundan çıxarılıb.

Son Yazılar:

Bununla belə, İsrail Ordusunun yaydığı bəyanatda bildirilib ki, İranla davam edən münaqişə dövründə də Qəzzada HAMAS silahlılarının zərərsizləşdirilməsi prosesi davam edəcək.

İsrail Ordusunun İordaniya ilə sərhəddə qüvvələri 3 dəfə artırılıb. 98-ci diviziya isə Misirlə sərhədə yerləşdirilib. 

 

Chosen
16
21
viral.az

10Sources