EN

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal görüşündə - YENİLƏNİB

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
 
Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib gürcüstanlı 3 qat dünya, 3 qat Avropa çempionu və Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Tato Qriqalaşvili olub.
 
Rəqibinə uduzan Tçkayev bürünc medal uğrunda mübarizə aparacaq. Onun rəqibi daha bir gürcü - BƏƏ-ni təmsil edən Nuqzari Tatalaşvili olacaq.
 
17:28
 
Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.
 
Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib cənubi koreyalı ikiqat olimpiya və dünya mükafatçısı Junhvan Li olub.
 
Rəqibinə qalib gələn Tçkayev yarımfinala yüksəlib.
 
Finala gedən yolda onun rəqibi gürcüstanlı 3 qat dünya, 3 qat Avropa çempionu və Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Tato Qriqalaşvili olacaq.
 
16:57
 
Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.
 
Moderator.az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib braziliyalı Luan Almeyda olub.
 
Rəqibinə qalib gələn Tçkayev növbəti mərhələyə yüksəlib.
 
1/4 finalda rəqib cənubi koreyalı Junhvan Li olacaq.
 
Qeyd edək ki, Zelim Tçkayev 1/16 finalda çinli Jianqnan Vanqa qalib gəlib.
 
14:14
 
Macarıstanın paytaxtı Budapeştdə keçirilən böyük cüdoçular arasında dünya çempionatı davam edir.
 
Moderator.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın daha bir idmançısı mübarizəyə start verəcək.
 
81 kiloqram çəki dərəcəsində çıxış edən Zelim Tçkayev 1/16 finalda Pavel Drjimal (Polşa) - Jianqnan Vanq (Çin) cütünün qalibi ilə üz-üzə gələcək.
Chosen
13
2
moderator.az

6Sources