İsrail Knesseti (parlamenti) hökumətin ölkədə fövqəladə vəziyyətin iyunun sonuna qədər uzadılması təklifini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.
Qeyd olunur ki, İranla müharibə vəziyyətinə dair qapalı brifinqdən sonra Knessetin Xarici Əlaqələr və Müdafiə Komitəsinin üzvləri İsrailin müdafiə naziri İsrael Katz tərəfindən elan edilən və iyunun 15-də kabinet tərəfindən ayın sonuna qədər uzadılan fövqəladə vəziyyət rejiminin təsdiqinə yekdilliklə səs veriblər.
"İyunun 17-də komitə İsrailin xarici işlər naziri Gideon Saarın iştirakı ilə daha bir qapalı iclas keçirəcək", - KİV-lər xəbər verir.