EN

Əbu-Dabi İnkişaf Fondu ilə əməkdaşlıq məsələləri nəzərdən keçirilib

"OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində Ərəb Koordinasiya Qrupuna daxil olan Əbu-Dabi İnkişaf Fondunun baş direktoru Məhəmməd Saif Əl Suveydi ilə görüşdə ölkəmizin əlverişli investisiya mühiti və iqtisadi potensialını vurğuladıq. Enerji, infrastruktur, innovasiya və digər sahələrdə əməkdaşlıq məsələlərini nəzərdən keçirdik, Fondun ölkəmizdə prioritet sahələrə sərmayə qoyuluşu imkanlarını müzakirə etdik".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
21
9
vergiler.az

10Sources