EN

“Bayern” XXI əsrin iki rekorduna imza atdı

“Bayern” FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunda “Oklend” Siti” üzərində 10:0 hesablı qələbə qazanıb.

Arena.az məlumat verir ki, müvafiq darmadağın nəticəsində Almaniya nəhəngi XXI əsrin iki klub rekordunu müəyyənləşdirib.

“Bayern” üçün bu qələbə XXI əsrdə klub tarixinin rəsmi beynəlxalq oyunlarında ən böyükhesablı qələbə olub, münhenlilər həmçinin klub rekordunu təkrarlayıblar. Xatırladaq ki, Münhen komandası 1983/1984-cü illər mövsümünün UEFA Kubokunun birinci mərhələsinin ev oyununda Kipr təmsilçisi “Anartosis” üzərəndə 10:0 hesablı qələbə qazanmışdı.

Əlavə edək ki, münhenlilərin “Oklend” Siti” üzərində 10:0 hesablı qələbəsi, hazırda davam edən 2025-ci il FIFA Klub Dünya Kubokunda ən böyükhesablı qələbədir.

Chosen
39
arena.az

1Sources