EN

İngiltərə kəşfiyyatında tarixi ilk

İngiltərənin xarici kəşfiyyat xidməti MI6-nın rəhbərliyinə tarixi bir addım atıb. 47 yaşlı Blaise Metreweli son payızda vəzifəsini tərk edəcək indiki rəhbər Richard Moore-un yerinə keçərək MI6-nın ilk qadın rəhbəri olub.

News24.az xəbər verir ki, Metreweli 1999-cu ildən bəri MI6-da müxtəlif əməliyyatlarda iştirak edib və hazırda xidmətdə texnologiya rəhbəri kimi “Q” ləqəbi ilə tanınır. Yeni vəzifəsində isə MI6 rəhbərlərinə xas “C” ləqəbi ilə çağırılacaq.

Baş nazir Keir Starmer Kanada G7 Zirvəsində Metrewelinin ölkənin qarşılaşdığı “nadir və bənzərsiz təhdidlərə qarşı liderlik göstərəcəyinə” inamını ifadə edib.

Cambridge Universitetində antropologiya təhsili alan Metreweli əvvəlki dövrlərdə daxili kəşfiyyat xidməti MI5-də də yüksək vəzifələrdə çalışıb. Bu təyinatla MI6, MI5 və GCHQ kimi digər İngiltərə kəşfiyyat orqanları kimi ilk dəfə qadın rəhbər idarəçiliyinə keçib.

Səma Orucova


Chosen
24
news24.az

1Sources