İranda İsrail kəşfiyyat orqanı “Mossad” ilə əlaqədə şübhəli sayılan daha 33 nəfər saxlanılıb.
APA-nın xəbərinə görə, bu barədə “Tehran Times” məlumat yayıb.
Qeyd edilib ki, Tehranda 28 nəfər, o cümlədən Lorestanda 5 əcnəbi saxlanılıb.
Həmin şəxslər ölkəyə partlayıcı yüklü kamikadze dronlar keçirməkdə şübhəli sayılır.