EN

İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi müzakirə olunub

"OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda iştirak çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir ilə görüşdük. Davamlı artım və infrastruktur quruculuğu baxımından Bankla uğurlu tərəfdaşlığı qeyd etdik. Birgə fəaliyyətin genişləndirilməsi istiqamətləri, ölkəmizdə özəl sektorun inkişafı, 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısının Azərbaycanda keçirilməsi və gündəlikdə olan digər məsələlərə dair fikir mübadiləsi apardıq".

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

Chosen
26
1
vergiler.az

2Sources