EN

Dembo Darbo “Neftçi”ni tərk etdi - Rəsmi

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirmiş “Neftçi” daha bir futbolçusu – qambiyalı hücumçu Dembo Darbo ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. “Neftçi” qambiyalı futbolçuya gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Dembo Darbo 2024-cü ilin avqustunda transfer olunduğu “Neftçi”nin heyətində 19 rəsmi oyun keçirib, 5 qol vurub.

“Neftçi” daha öncə Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo və Həbib İsmayılovla da yollarını ayırmışdı. Paytaxt klubu gedənlərin əvəzində Sessi D’Almeydanı transfer edib.

Chosen
17
6
arena.az

10Sources