EN

Bakıda IOTA-nın İcraiyyə Şurasının 154-cü iclası keçirilib

İyunun 16-da Bakıda Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) İcraiyyə Şurasının154-cü iclası keçirilib. İclas Azərbaycan Respublikasının IOTA-ya prezidentliyi çərçivəsində baş tutub.

İcraiyyə Şurasının iclasında təşkilatın idarəetməorqanı kimi qarşıdakı dövr üçün strateji və inzibati qərarların qəbulu ilə bağlı mühüm məsələlər müzakirə olunub. Tədbirdə İcraiyyə Şurası üzvləri növbəti illər üçün IOTA-nın fəaliyyət istiqamətləri üzrə prioritetləri, vergi administrasiyaları arasında əməkdaşlığın daha da gücləndirilməsi və innovativ təşəbbüslərin təşviqi barədə fikir mübadiləsi aparıblar. IOTA prezidenti Orxan Nəzərliqeyd edib ki, İcraiyyə Şurası təşkilatın strateji məqsədlərinə nail olmaq istiqamətində böyük səylə çalışır.

İclasda IOTA Katibliyi tərəfindən görülən işlər, Bakıda keçiriləcək 29-cu Baş Assembleya və onun gündəliyinə daxil edilmiş məsələlər müzakirə edilib.

Chosen
16
vergiler.az

1Sources