Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək.
Offsideplus.az xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının bununla bağlı müraciəti Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) tərəfindən müsbət cavablandırılıb.
Yarışın "Şahdağ" Turizm Mərkəzində keçirilməsi barədə qərar qəbul edilib.
Artıq dünya çempionatı ISMF-in rəsmi yarış təqviminə salınıb.
Bu mötəbər turnir ölkəmizdə 2027-ci ilin 28 fevral - 7 mart aralığında gerçəkləşəcək.