EN

İki nəfəri bıçaqladı, sonra yıxılaraq xəsarət alıb - TƏFƏRRÜATLARVİDEO

Mingəçevirdə iki nəfər bıçaqlanıb.

Xezerxeber.az xəbər verir ki, hadisə ötən gecə şəhər ərazisində qeydə alınıb.

Məlumata görə, 20 yaşlı Sadiq Babayev və 22 yaşlı Əli Hacıyevi, Turxan Beybutov bıçaqlamaqda şübhəli bilinir. Tərəflər arasında yaranan münaqişə zamanı Turxan Beybutov da yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisənin təfərrüatları araşdırılır.

Nazirlikdən o da bildirilib ki, aparılan araşdırmalardan sonra hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
26
xezerxeber.az

1Sources