Türkiyənin tanınmış ailələrindən olan Feryal Gülmanla keçmiş həyat yoldaşı, iş adamı Kamal Gülmanın oğlu Aslan Kamal Gülman evlənib.
Â
Aslan azərbaycanlı nişanlısı Məryəm Mehdiyeva ilə ötən gün nikah masasına əyləşib. Mərasim Esma Sultan malikanəsində baş tutub. Cütlüyün bal ayından sonra İstanbulda yaşayacağı bildirilib.
Â
Qeyd edək ki, Aslan və Məryəm 2 il sevgili olduqdan sonra ötən il Moskvada nişanlanıblar. Məryəm Londonda təhsil alıb və Biznesin idarə olunması fakültəsini bitirib.
Â
Onu da qeyd edək ki, Türkiyənin məşhur ailələrindən olan Feryal Gülmanla Kemal Gülman 2021-ci ildə 8 il davam edən boşanma prosesindən sonra rəsmən ayrılıb./Axşam.az