EN

Masazırda ev alanlar DİQQƏTLİ OLUN - 18 nəfər ev tikiləcəyi vədi ilə aldadıldıVİDEO

Masazır kəndində yerləşən bu əraziyə görə onlarla şəxs minlərlə manat pul ödəyib. Məqsəd isə eyni olub - ev sahibi olmaq.

Xezerxeber.az-ın xəbərinə görə, lakin sakinlər deyirlər ki, arzularının üstündən xətt çəkilib. Həmin ərazidə onlara ev tikib vermək vəd edən Yaşar Məmmədov adlı şəxs hamını aldadıb.

Zərərçəkənlərin iddiasına görə, eyni ünvana görə fərqli tarixlərdə borc müqavilələri imzalanıb və hər kəsə "ev tikəcəyəm" vədi verilib. Ümumilikdə zərərin 150 min manatdan çox olduğu bildirilir. Məsələ ilə bağlı aparılan istintaq çərçivəsində Yaşar Məmmədov artıq saxlanılıb.

Bütün bu iddialarla bağlı Yaşar Məmmədovun vəkili Natiq Salmanov adlı şəxslə əlaqə saxladıq. Bildirdi ki, Yaşar Məmmədov həmin torpaq sahəsini masazır bələdiyəsinin əməkdaşı İlham Sevdimalıyev vasitəsi ilə alıb. Ərazidə tikinti işləri aparıb, sakinlərin evlərini təhvil vermək istəyəndə isə məlum olub ki, sözügedən torpaq sahəsinin başqa sahibləri də var. Buna görə də iş uzanıb və ev almaq istəyən zərərçəkmişlərə verilən vədə əməl edilməyib.

Sonda isə Masazır Bələdiyəsinin rəsmisi İlham Sevdimalıyevlə əlaqə saxladıq. O isə bildirdi ki, vəkilin onun barəsində səsləndirdiyi iddialar əsassızdır. Yaşar Məmmədov həmin torpaq sahəsini zəbt edərək tikinti etmək istəyib. Buna görə də, ona icazə verilməyib. İlham Sevdimalıyev onu da bildirdi ki, Yaşar Məmmədov eyni üsulla insanları aldadıb və zərərçəkmişlərin əksəri vaxtında Yaşardan  lazımı sənədləri təqdim etməyi tələb etməyib.

Hazırda məsələ ilə bağlı Abşeron rayon Polis İdarəsində araşdırma aparılır. Zərərçəkənlər isə maddi ziyanın ödənilməsini istəyirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
8
1
xezerxeber.az

2Sources