EN

Mirzoyan ATƏT sədri ilə danışdı: Sülh müqaviləsi...

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə telefonla danışıb.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-ATƏT əməkdaşlığı məsələlərini müzakirə ediblər.

A.Mirzoyan və E.Valtonen həmçinin regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Mirzoyan Ermənistan və Azərbaycan arasında nizamlanma prosesində son müzakirələri, o cümlədən sülh müqaviləsinin imzalanmasına yönəlmiş səylər barədə danışıb.

Chosen
33
9
axar.az

10Sources