EN

"Neftçi"nin Ramil Şeydayevlə bağlı yeni ŞOK PLANI üzə çıxdı!

"Neftçi"də Ramil Şeydayev müəmması davam edir.

Baş məşqçi Samir Abasov birmənalı şəkildə forvardın klubda qalmasını istəmir.

Şeydayev isə klub rəsmilərinin heç bir təklifini yaxın buraxmır.

Getmək barədə düşünmək belə istəmir.

Yalnız bir milyon manata yaxın maaşı öncədən ödənilərsə, 29 yaşlı futbolçu düşərgədən ayrıla bilər.

Çünki aldığı təkliflər cəlbedici deyil.

"Ağ qaralar" isə bu qədər məbləğdə ödəniş etməyi ağlından da keçirmir.

Proseslər milli üzvünün yeni mövsüm klubda qalacağından xəbər verir.

Belədə Abasovun "B" planı işə düşəcək.

Ramil israrından dönməsə, təcrübəli mütəxəssis də ona əsas komandada yer vermək fikrində deyil.

Böyük ölçüdə əvəzedici komandanın sırasında yer almalı, məşqlərə çıxmalı olacaq.

Xatırladaq ki, təcrübəli futbolçu "Sabah"da da oxşar taleyi yaşamışdı.

Ümidləri doğrultmadığı üçün ispaniyalı mütəxəssis Visente Qomez onu əsas "ikincilər"in düşərgəsinə yollamışdı.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
22
sportinfo.az

1Sources