EN

Fənərbağça Saneni unutduracaq 2 transfer edəcək

ain.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Fənərbağça"nın yeni futbol direktoru Devin Özek iddialı açıqlaması ilə gündəm olub. 

Milli.Az "343 Dijital"a istinadən xəbər verir ki, Murat Aşık D.Özekin "sarı-lacivərtlər"in transfer gündəmi barədə bu sözləri dediyini bildirib: "Elə iki futbolçu gətirəcəm ki, Leroy Sane barədə heç danışılmayacaq". 

M.Aşık bundan əlavə, "sarı-lacivərtlər"dən Devin Özekin Leroy Sane ilə görüşüyünü açıqlayıb: "Özek Sane ilə görüşsə də, təklif mərhələsinə keçid olmadı. Özek dedi ki, "mən futbolçunun motivasiyasının ancaq pul olduğunu gördüm. Buna görə də klub olaraq təklif göndərmədik". 

Qeyd edək ki, Devin Özek "Bayer"in (Leverkuzen) keçmiş direktoru olub. (Offsideplus.az)

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
5
news.milli.az

6Sources