EN

“Putin G8-dən qovulanda inciyib” –Tramp

Tramp Rusiyanın G8-dən çıxarılmasını səhv adlandırıb.

AzPost bildirir ki, bu sözləri ABŞ prezidenti Tramp G7 sammitində Kanadanın baş naziri Mark Karni ilə görüşündə deyib.

Onun sözlərinə görə, bu qərar Putini incidib.

“Bu, böyük səhv idi, müharibə olmazdı. Düşmənləri belə masa arxasında saxlamaq lazımdır. Amma mən düşünmürəm ki, Putin o vaxt düşmən olub”.

Trampın sözlərinə görə, “Putin ondan başqa heç kimlə danışmır, çünki o, G8-dən qovulanda inciyib”.

AzPost.az

Chosen
31
1
azpost.info

2Sources