EN

Cəbhədəki Ukrayna gözəlləri: Rusiya şəhərlərini onların idarə etdiyi dronlar dağıdır – VİDEO

Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Harpiya” adlı xüsusi bölməsində xidmət edən qadın döyüşçülər haqqında yeni video yayımlanıb. DW (Deutsche Welle) kanalının hazırladığı süjetdə yalnız qadınlardan ibarət dron operatorlarının cəbhə xəttindəki fəaliyyəti və motivasiyası əks olunub.

Ukraynanın Rusiya ilə müharibəsində bu qadınlar döyüş meydanının ən kritik texnoloji sahələrindən biri olan pilotsuz uçuş aparatlarının (PUA) idarə olunması ilə məşğuldurlar. Onlar hədəf izləmə, kəşfiyyat, koordinasiya və zərbə endirmə funksiyalarını yerinə yetirirlər.

Reportajda qeyd olunur ki, bu qadınlar yalnız əsgər deyil, həm də müasir Ukrayna cəmiyyətinin dəyişən simasının təcəssümüdürlər. Onlardan biri bildirib:

“Biz döyüşmək üçün gəlmişik. Təkcə vətən deyil, ailəmiz, həyatımız və inandığımız dəyərlər üçün buradayıq.”

PUA operatorları xüsusi hazırlıq mərhələlərindən keçərək texniki biliklərə və yüksək operativ bacarıqlara yiyələniblər. Onların fəaliyyətləri Ukrayna ordusunun müasir döyüş taktikalarında mühüm yer tutur.

Müharibənin aktiv fazasında qadınların bu qədər önəmli və riskli sahədə iştirakı Ukrayna cəmiyyətində ciddi rezonans doğurub. Onların motivasiyası təkcə vətənpərvərlik deyil, həm də ədalət və gələcək uğrunda apardıqları mübarizəyə söykənir.

Musavat.com həmin video materialı təqdim edir.



Musavat.com

Chosen
6
1
musavat.com

2Sources