EN

İsrail ordusu İrana məxsus raketlərin daşındığı yük avtomobillərini zərərsizləşdirib

Ötən gün ərzində İsrail ordusu İrana məxsus olan və "yer - hava" tipli raketlərin daşındığı yük avtomobillərini zərərsizləşdirib.

Demokrat.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

O da qeyd edilib ki, Ordunun əsas hədəfində İrana məxsus raket sistemlərinin quraşdırıldığı mövqelərin neytrallaşdırılmasıdır.

İsrail Müdafiə Qüvvələrindən, həmçinin, bir qədər əvvəlki aviazərbələr zamanı İranın dinc əhalisinə müraciət edildiyi və onların təhlükəli əraziləri tərk etməsinin istənildiyi qeyd olunub.

İsrail Ordusunun mətbuat katibi Effi Defrin bu gün axşam saatlarında İran tərəfindən İsrailin yaşayış məntəqələrinə daha geniş hücumların gözlənildiyini söyləyib və əhalini yalnız mühafizə olunan ərazilərdəki məntəqələrə sığınmağa çağırıb:

Chosen
9
4
demokrat.az

5Sources