EN

Azərbaycanda dünya çempionatı keçiriləcək - ilk dəfə

Azərbaycan 2027-ci ildə ilk dəfə xizək alpinizmi üzrə dünya çempionatına ev sahibliyi edəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə Qış İdman Növləri Federasiyası (AQİNF) məlumat yayıb.

AQİNF tərəfindən xizək alpinizmi üzrə dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanlanan müraciətə əsasən yarışın "Şahdağ"da keçirilməsi ilə bağlı qərar qəbul edilib və beynəlxalq federasiyanın yarış təqviminə salınıb.

Qeyd edək ki, dünya çempionatının 2027-ci ilin 28 fevral-7 mart tarixlərində "Şahdağ" Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Chosen
18
27
football-plus.az

10Sources