EN

“Çelsi”nin yeni hədəfi

İngiltərənin “Çelsi” klubu Fransanın “Lion” komandasının cinah hücumçusu Malik Fofananın transferini nəzərdən keçirir.

90deqiqe.Az-ın "L’Équipe"yə istinadən yaydığı məlumata görə, London təmsilçisinin nümayəndələri artıq 20 yaşlı futbolçunun mümkün keçidi ilə bağlı “Lion” rəhbərliyi ilə ilkin təmas qurub. Bununla belə, hazırkı mərhələdə “Çelsi” tərəfindən rəsmi təklif təqdim olunmayıb.

Fofana başa çatan Liqa 1 mövsümündə 29 oyunda meydana çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun sabit çıxışı Belçika milli komandasının diqqətindən yayınmayıb və futbolçu DÇ-2026-nın seçmə mərhələsinin oyunlarına çağırılıb.

Chosen
36
90deqiqe.az

1Sources