EN

Azərbaycan müdafiə naziri Belarusa səfər edib

İyunun 16-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

MN-dən APA-ya daxil olan məlumata görə Minsk Milli Aeroportunda general-polkovnik Z.Həsənovu belaruslu həmkarı qarşılayıb.

Azərbaycan müdafiə nazirinin səfər çərçivəsində Belarus hərbi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də bir neçə hərbi hissələrə səfəri nəzərdə tutulub.

Chosen
25
6
apa.az

7Sources