EN

Berbok BMT-dəki mandatından imtina etdi

Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçildikdən sonra Bundestaqdakı mandatından imtina edib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Spiegel" nəşri alman parlamentarilərinə istinadən məlumat yayıb.

 

"Keçmiş xarici işlər naziri parlamentdəki mandatından imtinasını rəsmən elan edib. Elana görə, "Yaşıllar" Partiyasının siyasətçisi bu səbəbdən iyunun 30-dan sonra Almaniya Bundestaqını tərk edəcək", - məqalədə bildirilib.

 

Xatırladaq ki, iyunun 2-də BMT Baş Assambleyası Berboku 80-ci sessiyanın sədri seçib. Onun lehinə 167 ölkə səs verib.

Chosen
16
8
sfera.az

10Sources