EN

Müharibə şiddətləndi: İsrail daha bir ölkəyə zərbələr endirməyə hazırlaşır VİDEO

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

***13.06.2025 15:40

“İsrailin İrana qarşı hərbi güc tətbiqi ilə hücumları, nüvə obyektlərinə zərbə endirmək potensialını göstərməsi Tehranla Vaşinqton arasında danışıqların getdiyi zamana təsadüf etdi. Başqa yandan, proseslərə qlobal rəqabətin və bu rəqabəti yumşaltmağın bir yolu kimi də baxmaq olar. Rusiya ilə ABŞ-nin İranın nüvə faylı ilə bağlı eyni mövqeni bölüşməsi, Çinin Tehrana nüvə proqramında əhəmiyyətli dəstək verməməsi bu məsələdə aktuallıq kəsb edir”.

Globalinfo.az xəbər verir ki, bunu analitik Aqşin Kərimov deyib.

Əsas hissə videoda:

 Onun sözlərinə görə, regionda İranla Hindistan müttəfiq kimi görünsələr də, Dehlinin siyasəti həlledici deyil:

Həmçinin oxuyun:

TƏCİLİ! İrandan İsrailə ardıcıl zərbələr: 60-dan çox yaralı var – VİDEO+YENİLƏNİB

“Yəni Hindistan Tehranın iqtisadi tərəfdaşı olsa da, onun regional geosiyasi sferaya birbaşa müdaxiləsi məhduddur. Deməli, İsrailin hücumları Tehranın həm tərəfdaşları, həm də geostrateji rəqibləri tərəfindən fərqli meyarlara tabe olmaq riskləri ilə üzləşməsi ilə fonunda baş tutur. Hərbi cəhətdən isə İsrailin son zərbələri sürətlə inkişaf edir. Bunu ABŞ ilə İran arasındakı nüvə danışıqlarının nəticəsiz qalmasına verilən reaksiyalar kimi səciyyələndirmək olar. Lakin ABŞ İsrailin hücumlarına görə məsuliyyət daşımadığını elan edir və hadisəni elə İsrail–İran qarşıdurmasının vacib komponenti kimi irəli sürür. Bu hücumlardan bir neçə gün əvvəl İranda etirazların və tətillərin olması, elektrik enerjisinin verilişində ciddi problemlərin yaranması diqqətdən kənarda qalmalı deyil.

Ehtimalla, bunlar, İsrailin İrana qarşı bu zamana qədər müşahidə edilməmiş ən geniş hücumuna hazırlığın tərkib hissəsi idi. İsrailin hücumları təkcə İranın nüvə obyektlərini və nüvə alimlərini deyil, eyni zamanda İranın hərbi komandanlıq strukturunu, təhlükəsizlik elitasına qarşı genişmiqyaslı kampaniyanın açılış kadrlarını ortaya qoyur”.

Ekspert deyib ki, bu prosesin mərkəzində İran rejiminin ciddi şəkildə zəifləməsinə səbəb olan və mövcud hakimiyyət strukturuna açıq şəkildə qarşı duran, olduqca təsirli kəşfiyyat əməliyyatları dayanır:

“Bu əməliyyatların davamı olaraq İranda insan hüquqları, qadın haqları, tələbə hərəkatları, fəhlə mübarizəsi, ekoloji fəallıq, sosial media və rəqəmsal sahələrə fokuslanmalar müşahidə oluna bilər. İsrailin hücumları, deməli, İranın daxili siyasi-ruhani həyatı üçün mühüm bir məsələlərə istiqamət açır. Bu, İran elitasının hərbi güc tətbiqinin nəticəsi olaraq yenilənməsidir. Hərçənd ki, İranın ali rəhbəri Seyid Əli Xameneinin hələ də İsrailin hədəfində olub-olmaması açıq olaraq qalmaqdadır. Ancaq İsrailin hərbi ssenari ilə hərəkət etməsi sözsüz ki, İrandakı post-Xamenei dövrünə keçidə sürətli təkan verən hadisə kimi diqqət mərkəzinə düşəcək”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
2
globalinfo.az

10Sources