Azərbaycan cüdoçuları Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında ilk medallarını qazanıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" Xəbər verir ki, Zelim Tçkayev (81 kiloqram) 3-cü yer uğrunda qarşılaşmada BƏƏ təmsilçisi Nuqzari Tatalişvili ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.