EN

İran İsrailin hücumundan sonra ən böyük qaz yatağında hasilatı dayandırıb

İyunun 14-də İsrailin endirdiyi zərbədən sonra İran "Cənubi Pars" yatağında qaz hasilatını qismən dayandırıb.
 
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, İsrail PUA-sının hücumu dünyanın ən böyük yataqlarından biri olan və 28 trilyon kubmetr təsdiqlənmiş ehtiyatı olan yataqda dörd hasilat blokundan birinin fəaliyyətini dayandırmasına səbəb olub.
 
Qeyd edək ki, "Cənubi Pars" İranın qaz hasilatının təxminən 70%-ni təşkil edir. Ümumilikdə İran hər il 250 milyard kubmetr qaz hasil edir, lakin bu qazın demək olar ki, hamısı ölkə daxilində istehlak olunur.
 
Xatırladaq ki, İsrail, həmçinin Tehran yaxınlığındakı "Şahran" neft anbarı və ölkənin ən böyük zavodlarından biri olan "Şəhr Rey" neft emalı zavoduna da zərbə endirib.
Chosen
16
moderator.az

1Sources