EN

İran səhərə kimi İsraili vuracaq Əməliyyat planı açıqlandı (YENİLƏNİB)

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, "Əsl vəd 3" əməliyyatı çərçivəsində İsrailə hücumların doqquzuncu dalğasının başladığını və səhərə qədər davam edəcəyini bildirib.

"Unikal" xəbər verior ki,  bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. 

"Sepahın sözçüsü "Əsl vəd 3" əməliyyatının doqquzuncu dalğasının bir neçə dəqiqə əvvəl başladığını və səhərə qədər davamlı olaraq davam edəcəyini bildirib", - bəyanatda deyilir.

İlkin məlumata görə, İranın yeni hücumu əsasən Təl-Əviv və Hayfa şəhərlərindəki hədəfləri vurmağa yönəlmiş onlarla pilotsuz təyyarə və ballistik raketdən istifadə etməklə birgə əməliyyat olacaq. 

 ***00:03

İranın İsrailə qarşı cavab raket atışlarının yeni dalğası başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

"İranın İsrail ərazisinə raket hücumlarının yeni dalğası başlayıb", - məlumatda deyilir.

Gülayə Mecid 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
1
unikal.az

10Sources