EN

Allergiyası olan uşağa antibiotik verilməməlidir

Körpə uşaqlarda ən çox müşahidə edilən hallardan biri də allergiyadır.

Milli.Az xəbər verir ki, pediatr Mətanət Əliyevə Hit.az-a deyib ki, uşaqlarda allergik reaksiyalar immunitet sisteminin bəzi maddələrə qarşı yüksək həssaslığı nəticəsində baş verir:

"Allergen adlanan bu maddələr çiçək tozu, toz, heyvan tükü, qidalar, dərmanlar və ya həşərat dişləmələri kimi müxtəlif mənbələrdən gəlir. Uşaqlarda allergik reaksiyaların müalicə prosesi allergiyanın növü və şiddətindən və uşağın yaşından asılı olaraq dəyişir. Sözügedən halın müalicəsində əsas məqsəd simptomları idarə etmək və allergenlərə məruz qalmağı azaltmaqdır. Xüsusi olaraq qeyd edim ki, allergiyası olan uşağa antibiotik verilməməlidir".

Milli.Az

Chosen
22
3
milli.az

10Sources